Gəncədə bir nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.
Yenicag.az-a daxil olan məlumata görə, yanvarın 26-da gecə saat 01 radələrində Gəncə şəhərində güclü yanğın baş verib. Şəhərin Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 98 kvaratmetr olan birmərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Arif Məmməd oğlu Sultanovun yanmış meyiti aşkar olunub.
Yanğın saat 01:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbləri barədə hələlik rəsmi məlumat yoxdur.
Yeniçağ.Az