Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gəncədə həkim xəstənin qarnında qayçını unutdu - Cəzalandırıldı

Gəncədə xəstənin qarnında qayçı qoyan həkimlər və tibb işçilərilə bağlı rəsmi qərar verilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, 2 iyul 2019-cu il tarixində pasient Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında əməliyyat olunub.

2 dekabr 2019-cu il tarixində xəstə ağrılarla özəl klinikalardan birinə müraciət edib və qarın boşluğunda qayçı olduğu aşkarlanıb.

Həmin gün yenidən Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasında əməliyyat olunaraq qayçı çıxarılıb.

Hadisədən sonra xəstəxananın baş həkimi və baş həkimin müavininə xəbərdarlıq, əməliyyat aparan iki həkim və tibb bacısına isə şiddətli töhmət elan edilib./ BAKU.WS/

www.yenicag.az

826
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100