Gəncədə iki avtomobil toqquşdu: Sürücü öldü

Sentyabrın 7-də saat 23 radələrində Gəncə şəhərinin “28 May” küçəsində şəhər sakini M.Əliyevin idarə etdiyi “Opel” və Daşkəsən rayon sakini Bevdalı Allahverdiyevin idarə etdiyi VAZ-2107 markalı avtomobillər toqquşub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Yenicag.az-a verilən məlumatda bildirilib.

Nəticədə B.Allahverdiyev hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Gəncə ŞBPİ-nin 3-cü Polis Şöbəsində araşdırma aparılır.