Gəncə şəhərində iki bacı dəm qazından boğularaq ölüb.
Yeniçağ.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə şəhərin Abdulla Şur küçəsi 70 ünvanında qeydə alınıb.
Bu ünvanda yaşayan 1939-cu il təvəllüdlü Rəna Nəbiyeva və onun bacısı 1960-cı il təvəllüdlü Zəhra Abdullayeva dəm qazından zəhərləniblər.
Məlumata görə, qonşu bacıların evinə gələrək onları çağırıb, lakin cavab almayıb. Onların evdə olduğuna əmin olan qonşu dərhal polisə və təcili tibbi yardıma müraciət edib. Evə gələn həkimlər qadınların dəm qazından boğularaq öldüyünü müəyyənləşdiriblər.
Faktla bağlı araşdırma aparılır.
Yeniçağ.Az