Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.
Yenicag.az xəbər verir ki, şəhərin Qəmərli küçəsində “KİA” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.
Nəticədə biri uşaq olmaqla 2 nəfər xəsarət alıb.
Xəsarət alan 3 yaşlı uşağa hadisə yerinə çağrılan təcili tibbi yardım briqadasının həkimləri tərəfindən yerindəcə ambulator yardım göstərilib. Digər şəxs isə yaxınlıqdakı insanların köməkliyi ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır./Report/