Gəncədə iki mikroavtobus toqquşdu: yaralılar var

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, şəhərarası sərnişin daşıyan iki mikroavtobus toqquşub. Nətcədə bir necə nəfər xəsarət alıb.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.