Gəncədə iki sərnişin avtobusu toqquşdu

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin təzə avtovağzal adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan “İsuzu” markalı iki sərnişin avtobusu toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.

Qeydə edək ki qəzaya uğrayan avtobusların hər ikisi 2 saylı xətt üzrə işləyir.