Gəncədə ikimərtəbəli evdə yanğın baş verdi

Gəncə şəhərinin Məhsəti qəsəbəsində ümumi sahəsi 220 m² olan kürsülü, ikimərtəbəli evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.

FHN-dən Yenicag.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.