!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə işçiləri elektrik vurdu: 1 nəfər öldü, 1 nəfər yaralandı

!Reklam – Yazi

Bu gün səhər saat 10.50 radələrində Gəncə şəhəri yaxınlığında “ATEF” Şirkətlər Qrupunun 2 işçisi ehtiyatsızlıqdan bədbəxt hadisə ilə üzləşib.

Yenicag.az xəbər verir ki, Tatlı stansiyasının hər iki yolunun kontakt şəbəkəsində əsaslı təmir işlərinin aparılması üçün cəlb olunan “ATEF” Şirkətlər qrupunun işçiləri Daşqın Mustafayev və Zaur Həsənov kontakt şəbəkəsində yüksək gərginliyin açılmasını gözləmədən həmin şəbəkənin dayağına çıxaraq işə başlayıb və nəticədə yüksək gərginlik altına düşüblər.

Hadisə nəticəsində Daşqın Mustafayev dünyasını dəyişib, Zaur Həsənov isə xəsarət aldığından Ağstafa Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda baş vermiş bədbəxt hadisə ilə əlaqədar araşdırma aparılır.

www.yenicag.az

1512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv