Gəncədə kişi arvadının boğazını kəsdi

bicaq25Gəncədə 47 yaşlı qadın bıçaqlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1969-cu il təvəllüdlü Rəfiqə Musayeva boğazın kəsilmiş və kürək nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Əməliyyat edilən qadının vəziyyəti ağır qiymətləndirilir. Məlumata görə, R.Musayevanı həyat yoldaşı münaqişə zəminində bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.