Gəncədə məktəb binası yandı

Gəncə şəhərinin Nizami rayonunda məktəbdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Gəncə şəhərinin Nizami rayonunda üçmərtəbəli orta məktəb binasının birinci mərtəbəsində 2 ədəd xalça və 3 ədəd stol yanıb. Məktəb binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​