Gəncədə mikroavtobusla minik maşını toqquşdu

Gəncədə “Mercedes” markalı sərnişindaşıyan mikroavtobusla “VAZ-2106” markalı minik maşını toqquşub.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin “Avtozavod” adlanan ərazisində baş verib.

Hadisə zamanı 1992-ci il təvəllüdlü Zöhrə Orucova və Səməd Məmmədcəfərov müxtəlif dərəcəli xəsarətlər alıb. Bundan başqa daha iki nəfər 52 yaşlı Məhbubə Abbasova və 33 yaşlı Jalə Zeynalova mütəlif dərəcəli yaralanıblar.  Yaralılar şəhər ərazisində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.