Gəncə şəhərində oğurluq edən şəxslər tutulub.
Yenicag.az xəbər verir ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 25-də Günay Abdinovanın evindən 1000 manat, 4500 manat dəyərində qızıl əşyalar və təhlükəsizlik kamerası oğurlayan Samux rayon sakini Tapdıq Tağıyev, Daşkəsən rayon sakinləri Aynur Məmmədova və bacısı Aygün saxlanılıblar.