!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Həyəcan" siqnalı - Oğru hadisə yerində saxlanıldı

!Reklam – Yazi

Dekabrın 25-də gecə saatlarında Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Yenicag.az xəbər verir ki, Gəncə Regional Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları qısa vaxt ərzində hadisə yerinə çatıblar. Obyektə baxış zamanı ofisin arxa pəncərəsinin dəmir barmaqlıqlarının və şüşəsinin naməlum şəxs tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılıb və maddi subutla birlikdə ərazi üzrə Nizami Rayon Polis İdarəsinə təhvil verilib. Araşdırmalarla həmin şəxsin Lerik rayon sakini Etibar Hüseynov olduğu müəyyən edilib.

Faktla bağlı araşdımalar davam etdirilir./Trend/

 

www.yenicag.az

1917
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv