Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərov şəxsi münasibətlər zəminində ov silahından açılan atəş nəticəsində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Yenicag.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H.Mamedov müəyyən olunaraq saxlanılıb.
Ondan ov tüfəngi aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.