Gəncədə partlayış olub, yaralı var

Gəncə şəhərində mənzildə partlayış baş verib.

4-cü mikrorayon, bina 4 a, mənzil 28-də yaşayan 57 yaşlı Rəqibə Musayeva yaralı halda Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Onun binada qaz sızmasından baş verən partlayış nəticəsində xəsarət aldığı bildirilir. Qadının deməsinə görə, birinci mərtəbədə qeydə alınan partlayışın gücündən mənzilindəki bacanın qapağı qopub və onun başına düşüb.

Sağ əlin barmağının travmatik əzilməsi və başın təpə nəhiyəsinin kəsilmiş-cırılmış yarası diaqnozu qoyulan Rəqibə Musayevaya lazımi tibbi yardım göstərilib və o, ambulator müalicəyə buraxılıb.(ARB TV)

Yeniçağ.az