Gəncədə piyadanı maşın vuraraq öldürüb

Gəncədə avtomobil piyadanı vurub öldürüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyada, 1942-ci il təvəllüdlü Bayramov Knyazı vurub.

Sürücü piyadanı xəstəxanaya aparsa da, müayinə zamanı həkimlər onun öldüyünü müəyyən ediblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.