Gəncədə piyadanı maşın vurub öldürdü

Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 20-24 yaşlarında olan Musa adlı gənci vurub. Yaralı xəstəxanaya aparılanda yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.