Gəncədə piyadanı vurub qaçan qadın 5 gün sonra saxlanıldı

Piyadanı vurub qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də G.Cəfərovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini A.Şəmilova saxlanılıb.