Gəncədə piyadanın vurulması ilə nəticələnən qəza baş verdi

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, 1974-cü il təvəllüdlü yerli sakin Azər Mehdiyev 16 saylı orta məktəbin önündə yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil onu vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Report/