Gəncədə poliklinikanın tavanı çökdü: İşçilər və pasiyentlər təxliyə olundu

Gəncə şəhərində 2 saylı poliklinikanın laboratoriya otağının tavanı çöküb.

Yenicag.az xəbər verir ki, hadisə səbəbindən poliklinikada çalışan tibbi heyət və pasiyentlər təxliyə olunub.

Hazırda problemin aradan qaldırılması ilə bağlı lazımı işlər aparılır.