Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir

Gəncə şəhərində qadın bıçaqlanıb, əri şübhəli bilinir.

Yenicag.az xəbər verir ki, hadisə dekabrın 14-ü saat 08:30 radələrində şəhər ərazisində qeydə alınıb.

Məlumata görə, Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Süleymanov Zaur Hidayət oğlu arvadı, 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına yaşadıqları evdə mübahisə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Hazıra Zaur Süleymanovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam
etdirilir.