Gəncədə qadın dərmandan zəhərlənib

Gəncədə şəhər sakini dərmandan zəhərlənib.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

1989-cu il təvvəllüdlü Bayramova Ayşən Ruaf qızı huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal qadına tibbi yardım göstərilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, 30 yaşlı qadın sözügedən küçədə maşında 20 ədəd “tempalgin”, 20 ədəd “deazalin”, 20 ədəd “analgin” içib. Qadının hansı səbəbdən bu qədər dərmanı içməsi məlum deyil.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır. /apa.az/

COP29