Gəncə şəhərində özünü yük qatarının altına ataraq intihar edən qadının şəxsiyyəti məlum olub.
Yeniçağ.Az xəbər verir ki, Dəmir Yolu Nəqliyyatında Gəncə Stansiyası Xətt Polis Şöbəsindən Report-a verilən məlumata görə, mayın 13-də axşam saatlarında Gəncə şəhər Poçt qəsəbəsi ərazisində özünü dəmiryolu xəttindən keçən yük qatarının altına ataraq intihar edən qadının Şəmkir rayon Seyfəli kənd sakini, 1948-ci il təvəllüdlü, Fərzəliyeva Elmira Çıraqəli qızı olduğu müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.
Yeniçağ.Az