!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə qənnadı fabriki yanır

!Reklam – Yazi

143341_res_01Gəncədə qənnadı fabrikində yanğın baş verib.

Kəpəz TV-nin (Region TV) xəbərinə görə, Gəncə Qənnadı ASC-də yanğın baş verib. Əraziyə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Alovun qarşısı alınır.

İlkin ehtimala görə, yanğın anbarın 3-cü mərtəbəsində yerləşən otaqlardan birində aparılan qaynaq işləri nəticəsində yaranıb. Xatırladaq ki, iki gün bundan öncə də Gəncə Qənnadı ASC-nin inzibati binasında, mətbəxdən başlayan yanğın dörd inzibati otaq da daxil olmaqla (müdir, müdir müavini, baş mühəndis və komendantın otaqları) 178 kv.m sahəni əhatə etmişdi.

www.yenicag.az

767
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv