Gəncədə qəza baş verdi – Xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Ford ” və “Mercedes” markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./apa