!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə radikalların təxribatı: polis yaralandı

!Reklam – Yazi

gencqran20151127Gəncədə Nardaran hadisələrinə dəstək verən şəxsdən silah-sursat götürülüb.

Noyabrın 26-da Gəncə şəhər sakini Sabir Əliyev Nardaran qəsəbəsində baş vermiş hadisə ilə əlaqədar şəhərin Təbriz və Ə.Məmmədov küçələrinin kəsişməsində “Müsəlman biriliyi” adlı hərəkata dəstək məqsədi ilə çağırışlar etdiyi üçün Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub. Ondan “TT” markalı tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və 3,215 qram heroin götürülüb.

Daxili İşlər Nazirliyinin digər məlumatına görə, noyabrın 26-da Gəncə şəhər sakini Ruzi İsmayılov Nardaran hadisələri ilə əlaqədar “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək məqsədi ilə Şah Abbas məscidinin qarşısına gəlib. Bununla əlaqədar R.İsmayılov evinin qarşısında tutularkən üzərində olan qumbara ilə Gəncə ŞBPİ-nin əməkdaşı, polis mayoru Oqtay Orucovun baş nahiyəsindən xəsarət yetirərək qumbaranı partlatmağa cəhd göstərib.

R.İsmayılov tutulub və ondan 1 ədəd “F-1”, 1 ədəd “RQD-5” qumbaraları və 14 qram heroin götürülüb(APA)

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv