Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Gəncədə ruhi xəstə öz evini yandırdı

Gəncə şəhərinin Gülüstan qəsəbəsində ev yanıb.

Yenicag.az xəbər verir ki, hadisə qəsəbədə məskunlaşmış, Kəlbəcər rayonundan məcburi köçkün, 1941-ci il təvəllüdlü Köçəri Nəriman oğlu Ağalarovaya məxsus evdə baş verib.

Nəticədə ümümi sahəsi 110 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin 1 otağında yataq dəsti və evin tavanının 10 kvadratmetr sahəsi yanıb.

Hadisə yerinə Göygöl rayonundan və Gəncə şəhərindən ümumilikdə 4 yanğınsöndürən maşın cəlb olunub və yanğın tam söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğını ev sahibinin ruhi xəstəlikdən əziyyət çəkən oğlu C.Ağalarovun törətdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

647
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM