Gəncədə şəhidimiz dəfn edildi – FOTOLAR/YENİLƏNDİ

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri Seymur Ələsgərov dəfn edilib.

S.Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, hərbçilər, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, şəhər sakinləri iştirak edib.

Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub, onun 9 aylıq oğlu var.

***

11:56

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Seymur Ələsgərovun Gəncə şəhərində vida mərasimi keçirilir.

Mərasimdə yaxınları, komandirləri, döyüş yoldaşları, Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, idarə rəhbərləri, polis və prakurorluq əməkdaşları, həmçinin şəhər sakinləri iştirak edir.

Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub və 9 aylıq oğlu var.