Gəncə Şəhər Səhiyyə İdarəsinə yeni rəis təyin edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Trend-ə deyib,
O bildirib ki, Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
Bu vəzifəyə Abbas Səhhət adına 1 nömrəli Gəncə şəhər xəstəxanasının baş həkimi Nazim Məmməd oğlu Əhmədov təyin edilib.