Gəncədə tələbə dəm qazından zəhərlənib

Gəncədə dəm qazından zəhərlənmə olub.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, Gəncədə ali təhsil alan, 1996-cı il təvəllüdlü Hümbətova Ləman Ramiz qızı kirayə yaşadığı evdə dəm qazından zəhərlənib. O dərhal xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin normal olduğu bildirilir.

Yeniçağ.Az