!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə velosipedçini vurub qaçan sürücü saxlanıldı

!Reklam – Yazi

Gəncədə yol qəzası törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, hadisə noyabrın 11-də saat 19 radələrində qeydə alınıb.

Gəncə şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə velosipedlə yolu keçən Gəncə şəhər sakini K.Ramazanov vurulub və o, xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21214” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini E.Məmmədov müəyyən edilərək saxlanılıb.

www.yenicag.az

444
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv