Gəncədə yanğın olan evdən meyit tapıldı

Gəncə şəhəri Vaqif küçəsində yanğın olan fərdi evlərin birindən meyit aşkarlanıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi doqquz kvadratmetr olan birmərtəbəli birotaqlı evdə bir ədəd döşək qismən yanıb.

Hadisə yerinə FHN-nin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin iki yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Meyitin 1951-ci il təvəllüdlü Nasir Yadulla oğlu Tilayi olduğu müəyyənləşib.

Onun ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

COP29