Gəncədə yaşayış binasında yanğın – sakinlər təxliyyə edildi

Gəncədə yaşayış binasında yanğın baş verib.

Yenicag.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğın şəhərin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində üç otaqlı mənzildə baş verib. Nəticədə mənzildəki yataq dəsti yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.