Gəncədə yataq otağından 1.5 metrlik ilan çıxdı – Foto

ilan_2207161469178071Gəncənin Məhsəti qəsəbəsində fərdi yaşayış evindən ilan çıxıb.
Evin sakini Arifə İsmayılova Trend-ə bildirib ki, dünən yataq otağına daxil olarkən orada 1,5 metr uzunluğunda ilan görüb:

“Yataq otağında həşəratlardan qorunmaq üçün döşəməyə xüsusi yapışdırıcı vasitə tökülmüşdü. İlan həmin yapışdırıcıya yapışıb. Ancaq buna baxmayaraq, o ölməmişdi. Bundan sonra ilanı öldürdük”.

Qeyd edək ki, Gəncədə yaşayış evlərindən ilanın çıxması çox nadir hadisədir.