Gəncədə yük avtomobili ilə motosiklet toqquşdu – FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı yük avtomobili ilə motosiklet toqquşub.

Qəza zamanı motosikletin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.