Gəncədə elektrik cərəyanı vuran 15 yaşlı oğlanla bağlı yeni məlumatlar var.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 16:05-də Gəncəçay dəmiryol stansiyasının 6-cı yolunda dayanmış yük vaqonunun üstünə çıxan 2007-ci il təvəllüdlü Cəfərov Elgün Elçin oğlu gərginlik naqillərinə toxunaraq ağır yanıq xəsarəti alıb.
Ərazidə olan ADY əməkdaşlarının çevik dəstəyi ilə xəsarət almış şəxs təcili yardım xidməti ilə saat 16:30-da xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırılma aparılır.