Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var

Bu gün Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, şəhərin Üzeyir Hacıbəyli küçəsində “Mercedes”, VAZ-2104 və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparırılır./qafqazinfo