Gəncədəki kütləvi davada bıçaqlananlardan biri öldü – FOTO

Ötən gün Gəncə şəhərində baş verən kütləvi davada bıçaqlananlardan biri – Niyazi Bayramov dünyasını dəyişib.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Xatırladaq ki, dekabrın 11-də saat 20 radələrində Gəncə şəhərində kütləvi dava olub. Olayda bir nəfərin öldüyü, 2 nəfərin isə yaralandığına dair məlumat yayılmışdı.