!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qatil Abbasovu vurduqdan sonra İlqar müəllimin üzərinə getdi" - Gəncədəki terrorun yaralı şahidi danışdı - VİDEO

!Reklam – Yazi

Gəncə Baş Polis İdarəsi, Post-Patrul Taborunun qərargah rəisi Samir Bayramov terror hücumunu dəf edərkən yaralanıb.

Yenicag.az xəbər verir ki, baş leytenant Samir Bayramov hadisə ilə bağlı “Real” TV-yə danışıb.

Maraqlıdır ki, rəsmi məlumatlarda rəis müavinlərini şəhid edənlərin iki şəxs olduğu bildirilsə də, Samir Bayramov hər iki şəxsin bir nəfər tərəfindən öldürüldüyünü söyləyib. Şahidin sözlərinə görə, meydanda əlinə 40-50 sm uzunluğunda qılınca bənzər soyuq silahla gələn şəxs öncə Səməd Abbasovu ölümcül şəkildə yaraladıqdan sonra İlqar Balakişiyevə tərəf yönəlib. Onu da ağır şəkildə ürək nahiyəsindən doğradıqdan sonra şahidin üzərinə yeriyib. Samir Bayramov o zaman digər piket iştirakçıları ilə əlbəyaxa döyüşərkən, ayağından qılınc zərbəsi alaraq, yıxılıb.

Xəstəxanadaykən hər iki şəhid polis zabitini gördüyünü də bildirən qərargah rəisi “İlqar müəllimə süni nəfəs verirdilər” deyə, bildirib.

Həmin videonu təqdim edirik:

www.yenicag.az

2636
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv