Gəncəli əlil gəncdən Prezidentə ürəkağrıdıcı müraciət

13101501_10208047270532314_1888537227_n30 iyun 2014 cü ildə Əliyev Heydər İlham oğluna atam Qocayev Hafizin maddi vəziyyətinin ağır olması, müflis vəziyyətinə düşməsi, evimizin satılması, acınacaqlı həyat şəratində yaşamağımız barədə müraciət etmişəm. Həmin müraciətimdən sonra Gəncə şəhər icra hakimiyyətinin başcısı Elmar Vəliyev atamı icra hakimiyyətinə dəvət etdi.

Gəncə Şəhər İcra Başcısı Elmar Vəliyev atama vəd verdi ki, səni münasib işlə təmin edəcəm və oğlunun müalicə olunmağına lazımı köməklikləri edəcəyəm. Atam Qocayev Hafiz də icra başcının sözlərinə inanaraq, icra hakimiyyətinin işcilərinin diqtəsi ilə, Cənab Preziden İlham Əliyevə minnətdarlıq məktubu yazdı.
Cənab Prezident İlham Əliyevə təşəkkür məktubu yazılandan sonra, Gəncə Şəhər icra hakimiyyətində mənə,və atama verilən sözün bu günə kimi heç biri həllini tapmayıb.

Mən və atam buna görə də, yenidən Heydər Əliyev fonduna , və Prezidentə çoxsaylı məktub ünvanlasaqda, bu günə kimi həmin müraciətlərə baxılmayıb.
Ailəmizdə heç bir şəxs işləmir kirayə pulunu yaxın qohumlarımız tərəfində köməklik olunur.
Diqqətinizə çatdırım ki, mənim nitqimin problemi, və eşitmə qüsurum var, və nitqimin açılması üçün “Loqoped” müəllim tutulmalıdır ailəmizdə heç bir şəxs işləmir “loqoped” müəllim fərdi tutmağa imkanımız yoxdur.

Mən belə düşünürəm ki, mənim Prezidentə və Heydər əliyev fonduna ünvanladığım müraciətim görünür ki, prezidentə məruzə olunmamışdır.
Ailəmizin müflis vəziyyətinə düşməsinə səbəb mənim xəstəliyimdən irəli gəlir,

Cənab Prezident ona görə də, sizə təkrarən müraciət etmək, ailəmizin maddi vəziyyətini, çıxılmaz vəziyyətdə olmağımızı, qardaşımın maddi imkansızlıqla bağlı təhsilini davam etdirə bilməməsi, mənim müalicə xərclərimin ailəmin ödəmək imkanının olmamasını, kirayədə yaşadığımız evin aylıq pulunu belə verməkdə çətnlik çəkdiyimiz, atamın heç bir yerdə işləmədiyini nəzərə alaraq ailəmizə köməklik etmənizi, sizdən övladınız kimi xahiş edirəm.
Siz dəfələrlə şəhid ailələrini, Qarabağ qazilərini, veteranları, qəbul edib dinləmisiz, onlara lazımı köməklik göstərmisiz, sizdən xahiş edirəm, ikinci qrup əlili kimi, bizim ailəmizidə qəbul edəsiniz.

Mən inanıram ki, bu müraciətimdən sonra bizim ailəmizi tezliklə qəbul edib, lazımı köməklik göstərəssiz.

ALLAH SİZİ QORUSUN…

Gəncə Şəhər sakini Qocayev Fariz Hafis oğlu
Telefon 055 280-40-67