37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Vüsalə Muradova növbəti görüşünü Gəncəli xanımlarla keçirib.
Yenicag.az xəbər verir ki, səmimi şəraitdə keçən görüşdə xanımlar Vüsalə Muradovaya şəxsən müraciət edib fikirlərini bildiriblər.
Görüşdə xanımlar Vüsalə Muradova ilə yaxından tanış olmalarından məmnunluq hiss etdiklərini, tərcümeyi-halından, gördüyü işlərdən, danışdıqıarından onun necə bacarıqlı olduğunu ifadə edilər. Seçicilərin məhz Vüsalə Muradovanı öz deputatları kimi görmək istədiklərini, onu seçəcəkləri təqdirdə onların qeydinə qalmalı olduğunu söyləyiblər.
Vüsalə Muradova da xanım seçiciləri təmkinlə dinlədikdən sonra seçiləcəyi təqdirdə vəzifə borcunun onların problemlərinin həll etməli olduğunu diqqətə çatdırıb. Səmimi keçən görüşdə Vüsalə Muradova 5 il sonra yenidən onların qarşısına alnıaçıq çıxmaq istədiyini dilə gətirib.