!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncənin deputatından Fəzail Ağamalıya sərt sözlər: “…kölgə salmasın”

!Reklam – Yazi

Gəncədən seçilən millət vəkili Naqif Həmzəyev həmkarı Fəzail Ağamalının sözlərinə cavab verib. Yenicag.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə yaxınlığı ilə tanınan N.Həmzəyev F.Ağamalıya bir neçə gün sonra da olsa, cavab verməyi borc bilib. 

Deputat həmkarını Gəncə ilə bağlı görülən müsbət işlərə kölgə salmaqda ittiham edib. Naqif Həmzəyev Ana Vətən Partiyasının sədrinin “Onun yanında mühafizəçinin nə işi var?” ritorik sualına cavab vermək istəyib. Cavabı olduğu kimi təqdim edirik. Ağamalının sualının cavabı burada varmı, yoxmu, oxucular qərar versin:

“Deputat Fəzail Ağamalının dövlət məmuruna qarşı törədilən terror aktına münasibət göstərmək əvəzinə “İcra başçısı xalqın yanında olmalıdır. Onun yanında mühafizəçinin nə işi var?” deyir. Fazail Ağamalı Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi son 7 ilə nəzər salsa, Gəncənin yeni tarixini varaqlasa məmur-vətəndaş münasibətlərinin necə olduğunu aydın görə bilər. Elə də böyük olmayan 7 il ərzində ölkədə ikinci bir şəhər tapılmaz ki, Gəncə kimi inkişaf etsin. Şəhərin elə bir ərazisi yoxdur ki, orada təmir, abadlıq, quruculuq işləri getməsin. Elmar Vəliyev şəhərdə gedən bütün abadlıq-quruculuq işlərinə birbaşa özü nəzarət edib, daim xalqla təmasda olub. İstənilən vaxt şəhər sakinləri İcra başçısına problem və müraciətləri ilə bağlı müraciət ediblər. “Hadisənin üzərində xüsusi dayanmaq istəməzdim” deyən Fazail Ağamalıdan xahiş edərdik ki, məmur-vətəndaş münasibətlərinin ən yaxşi nümunəsi olan Gəncə şəhərində mütəmadi keçirilən vətəndaş qəbulları nəzərdən keçirsin və Gəncədə həyata keçirilən müsbət işlərə kölgə salmasın”. 

www.yenicag.az

5900
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv