!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncəyə andiçmə mərasiminə gedən mikroavtobus qəzaya uğradı: 19 yaralı

!Reklam – Yazi

Hacıqabul rayonunda baş vermiş qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.

Yenicag.az xəbər verir ki, “Report”un nəlumatına görə, bunlar Bakı sakinləri Qasımov Səxavət Saleh oğlu, Eyvazov Oktay Bəhruz oğlu, Eyvazova Aytəkin Məzahir qızı, Eyvazova İsmət Bəhruz qızı, Qasımova Güldanə Cavanşir qızı, Hacıyeva Səadət Böyükağa qızı, Rüstəmova Səkinə İbrahim qızı, Əlizadə Günel Zaur qızı, Eyvazov Bəhruz Oktay oğlu, Həsənov Qalib Cavanşir oğludur.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun “Report”a verdiyi məlumata görə, qəza nəticəsində 19 nəfər yaralanıb.

“10 nəfər Şirvan xəstəxanasına, 9 nəfər Kürdəmir MRX-ya aparılıb. Kürdəmir MRX-dan verilən məlumata görə, qəzadan sonra 6 qadın, 2 kişi və bir azyaşlı oğlan gətirilib. Azyaşlının Bakıya Travmatologiya İnstitutuna (qolun amputasiyası), 2 kişinin isə KTM-ə keçirilməsi qərara alınıb. Şirvan MRX-ya 4 kişi, 6 qadın çatdırılıb. Qadınların ikisində qapalı kəllə-beyin travması etimal olunur. Yaralıların hamısına lazımi yardım göstərilir”, – deyə məlumatda qeyd olunub.

Mikroavtobusda olan sərnişinlər Gəncəyə “N” saylı hərbi hissəyə əsgərlərin andiçmə mərasiminə gedirlərmiş.

Fakt araşdırılır.

www.yenicag.az

3149
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv