Gəncədə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclər dini radikalizmə və ekstremizmə qarşıdır” mövzusunda konfrans keçirilib. Konfransda ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Samirə Həsənova qonaqları və tədbir iştirakçılarını salamlayıb, gənclərə multikultiralizm haqqında geniş məlumat verib.
Konfransda daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə regional bölməsi üzrə nümayəndəsi Asif Əliyev, politoloq Əhməd Şahidov, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinn sədri Turan Məmmədzadə və “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin sədri Nihad Allahyarlı çıxış edərək dini radikalizm və onun fəsadları barədə konfrans iştirakçılarına məlumat veriblər. Ölkəmizin dini tolerantlıq sahəsində dünyaya örnək bir mövqedə olmasını, multikulturalizmin həyat tərzinə çevrildiyini diqqətə çatdırıblar.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı yenigence.com-a bildirib ki, konfransın keçirilməsində əsas məqsəd din adı altında radikalizm – ekstremizm kimi qanunsuz fəaliyyətlərin marifləndirilmə yolu ilə qarşısının alınmasına, eyni zamanda Azərbaycandakı mültikultural siyasət, dövlət və din münasibətləri ilə bağlı gənclərin məlumatlandırılmasına nail olmaqdır.
Cəmilə KƏRİM