!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənclər Fondu 5 yaşını qeyd edir

!Reklam – Yazi

gencelrfonduBu gün Prezident yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunan tədbir keçirilib.

Yeniçağ.Az-ın verdiyi məlumata görə, giriş sözü ilə çıxış edən Fondun icraçı direktoru Fərhad Hacıyev bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasəti, dövlət proqramlarının qəbulu, fondun yaradılması və fəaliyyəti barədə danışıb. O, qeyd edib ki, fəaliyyətə başladığı vaxtdan bu günə qədər Gənclər Fonduna 7098 layihə daxil olub, onların 3341-i dəstəklənib:

“Ümumilikdə 3341 layihədən 963-ü yerli, 94-ü beynəlxalq, 2284-ü isə fiziki şəxslər tərəfindən həyata keçirilən layihələrdir. Ölkəmizdəki nüfuzlu beynəlxalq tədbirlər hər zaman Fondumuzun elan etdiyi prioritet istiqamətlərdə öz əksini tapıb. Bundan əlavə, 5 il ərzində Gənclər Fondu tərəfindən beynəlxaq tədbirlərdə iştirak qrantları çərçivəsində 269 nəfər xaricə səfər edib”.

 

Bəxtiyar Məmmədli
Yeniçağ.Az

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv