Gənclər Fondu gənclər təşkilatları üçün 16-cı qrant müsabiqəsini elan edir

Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra – “Fond”) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən 10 oktyabr 2022-ci il tarixindən gənclər təşkilatları üçün 16-cı qrant müsabiqəsi çərçivəsində yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir.

Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş layihələri dəstəkləmək, habelə gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.

Layihələrin müddəti:

Müsabiqəyə təqdim olunmuş yerli və beynəlxalq layihə kateqoriyaları üzrə müraciətlərin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Layihələrin məbləği:

Yerli layihələr üzrə müraciət məbləğinin dəyəri 10 000 (on min) manatdan, beynəlxalq layihələr üzrə 15 000 (on beş min) manatdan çox olmamalıdır.

Layihələrin təqdim olunmasına dair əsas tələblər:

Aşağıdakı resipiyentlərin (qrant alanların) müsabiqədə iştirakına yol verilmir:

Layihələr seçilərkən üstünlük veriləcək meyarlar:

Müsabiqənin başlama tarixi:

Layihə təkliflərinin qəbulu üçün son tarix:

Layihə müraciətləri üzrə mövzular: Yerli və beynəlxalq layihələr üzrə mövzular

Qeyd 1: Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə sənəd və materiallar toplusu ilə buradan tanış ola bilərsiniz.

Qeyd 2: Layihələrin icra müddətinin başlamasının 15 noyabr 2022-ci il tarixindən sonra nəzərdə tutulması tövsiyə olunur.

Müraciət üçün: Elektron kabinetə giriş

COP29