Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunda maliyyə nöqsanları aşkarlanıb.
Yenicag.az xəbər verir ki, bu, Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatında əks olunub.
Aparılan yoxlamalar nəticəsində ötən il fondda tikinti xərcləri üzrə 1601 və tədbirlərin keçirilməsi üzrə 18 351,4 manat olmaqla, ümumilikdə 19 952,4 manat maliyyə yayınması faktı aşkarlanıb.
Yoxlamalar nəticəsində vəsait dövlət büdcəsinə qaytarılıb.