!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənclər Fondunun 10 illik fəaliyyəti: "1190 istedadlı tələbənin təhsil xərci ödənilib"

!Reklam – Yazi

“332 nəfər gəncin beynəlxalq tədbirlərdə iştirakı təmin edilib”.

Yenicag.az xəbər verir ki, bu sözləri Gənclər Fondunun 10 illik yubileyi münasibəti ilə media nümayəndələrinin iştirakı ilə keçirilən brifinqdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib.

Onun sözlərinə görə, fəaliyyət dövründə Fond tərəfindən gənclər və gənclər təşkilatlarının beş minə yaxın yerli və beynəlxalq layihəsi maliyyələşdirilib, ümumilikdə bu layihələrdən ölkə üzrə 500 min nəfərdən çox gənc yararlanıb:

“Eyni zamanda müsabiqə əsasında ölkə üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan 1190 istedadlı tələbənin təhsil xərci ödənilib, 47 gəncin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistr pilləsi üzrə təhsili dəstəklənib. Həmçinin 332 nəfər gəncin beynəlxalq tədbirlərdə iştirakı təmin edilib. Gənclər Fondunun dəstəyilə 48 gənc xarici ölkələrdə yerləşən beynəlxalq təşkilatlarda təcrübə keçib”.

Gülşən Şərif

www.yenicag.az

356
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv