Gənclər Fondunun hesabat-konfransı keçirildi

ferhaaaBu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 2015-ci il ərzində gördüyü işlərə dair hesabat-konfransı və 2 fevral Gənclər Gününə həsr edilmiş tədbiri keçirilib.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycanın dünyada ən güclü gənclər siyasəti həyata keçirən dövlətlərdən biri olduğun söyləyib.

F. Hacıyev deyib ki, Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Elm Fondu, Gənclər və İdman Nazirliyi gənclərə dəstək verir: “Prezident İlham Əliyev bu günlərdə gənclərlə görüşündə bildirdi ki, bu sahəyə dəstək artacaq. Gənclər Fondu dövlət başçısının təşəbbüsü ilə yaradılıb, biz dövlət başçısına minnətdarıq”.

Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov isə Fondun yaradıldığı vaxtdan bu günə qədər gördüyü işlərin statistikasını açıqlayıb. O bildirib ki, Gənclər Fondu 4 il ərzində 7 qrant müsabiqəsi keçirib, 2333 layihəyə dəstək verib. Dəstəklənən layihələrdən 2/3-si fərdi, 1/3-i isə gənclər təşkilatlarının layihələri olub.

Öz növbəsində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Gənclər Fondu Müşahidə Şurasının sədri Tahir Süleymanov layihələrin qiymətləndirmə meyarları haqqında geniş məlumat verib. O, Gənclər Günü münasibəti ilə gəncləri və gənclər təşkilatlarının üzvlərini təbrik edib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə ötən müddət ərzində gənclər siyasəti ilə bağlı qarşıya qoyulan bir çox hədəflərə nail olunduğunu vurğulayıb. İ. Babayev gənclərin bundan sonra da dövlət qayğısını hiss edəcəklərini qeyd edib.

Millət vəkili Fuad Muradov bildirib ki, innovasiyalar və texnologiyalar dövrü başlayıb: “Biz yeni çağırışlara hazır olmalıyıq. Dövlətimizin illər ərzində gördüyü işlərin təbliğ olunmasına ehtiyac var. Son illər Azərbaycanın inkişafını çəkinmədən layihələrinizdə təbliğ etməlisiniz”.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov isə Azərbaycanda gənclərə qayğı sahəsində görülən işlərdən danışıb. Tədbir çıxışlarla davam edib./apa

Yenicag.az

...

 

...

...

 

...

 

...

 

COP29